KİV: Tramp Brüsselə böyük heyətlə gələcək

18:18 | 12.05.2017
KİV: Tramp Brüsselə böyük heyətlə gələcək

KİV: Tramp Brüsselə böyük heyətlə gələcək

ABŞ prezidenti Donald Trampın Brüsselə ilk səfəri mayın 25-də baş tutacaq. İki gün davam edəcək səfərdə onu müşayiət edən nümayəndə heyətinin tərkibinə 1000 nəfər daxil olacaq. 

anews.az bu barədə TASS-a istinadən xəbər verir. 

"ABŞ prezidenti Belçika paytaxtına mayın 25-də gecə gələcək və birbaşa "The Hotel” mehmanxanasına gedəcək. Həmin gün prezident Kral Filipp, baş nazir Şarl Mişel ilə görüşəcək, daha sonra onun ikitərəfli və çoxtərəfli görüşləri planlaşdırılıb. Mayın 25-də axşam saatlarında Siciliyaya yola düşəcək. Amerika nümayəndə heyətinin tərkibinə təxminən 1000 nəfər daxildir”, - bu barədə "La Dernière Heure” qəzeti məlumat yayıb. 

Trampın, həmçinin Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə görüşü planlaşdırılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM