Kök hərbçilər ordudan uzaqlaşdırılır

15:29 | 17.11.2017
Kök hərbçilər ordudan uzaqlaşdırılır

Kök hərbçilər ordudan uzaqlaşdırılır

Rusiya Müdafiə Nazirliyi kök hərbçilərin hərbi xidmətdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə nazirlikdəki mənbə yerli KİV-ə bildirib.

Mənbənin sözlərinə görə, bu barədə göstəriş artıq bütün hərbi hissələrin kadrlarla iş üzrə şöbələrinə göndərilib.

Məlumata görə, hərbçilər tibbi müayinədən keçiriləcək və 4-cü dərəcə piylənmə diaqnozu qoyulan hərbçilər orduda xidmətdən uzaqlaşdırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM