Klassik qanuni oğruların ən qocası öldü

11:30 | 14.07.2014
Klassik qanuni oğruların ən qocası öldü

Klassik qanuni oğruların ən qocası öldü

Keçmiş SSRİ ərazisindəki ən qocaman və titullu qanuni oğrulardan biri Gennadi Mixalkov (ləqəbi Gena Solyonı) dünən gecə 55 yaşında dünyasın dəyişib. Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, Solyonı 1979-cu ildən həbsdə idi. 1987-ci ildə Zlatuusta həbsxanasında o, oğru tacı ilə mükafatlandırılıb. 1983-cü ildə azad olunma ərəfəsində bir zabiti öldürdüyünə görə ömürlük həbs cəzası alıb. Brejnev dövründən indiyədək azadlığa çıxmayan Gennadi Mixalkovu klassik “qanuni oğru” adlandırırdılar. Onun çöldə, yəni azadlıqda nə baş verdiyi, hansı dəyişikliklər olduğu barədə təsəvvürü yox idi. Odur ki, oğru klanları arasındakı daxili dartışmalardan uzaq idi. Vəkilləri onun həbsdən azad olunması üçün vəsatət vermişdilər. Ancaq həbsdən çıxmaq üçün Solyonı oğru adından imtina etməliydi. Ancaq o bunu etmədi və sonadək adını qorudu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM