Kollec məzunları niyə iş tapa bilmirlər? - VİDEO

23:40 | 16.06.2016
 Kollec məzunları niyə iş tapa bilmirlər? - VİDEO

Kollec məzunları niyə iş tapa bilmirlər? - VİDEO

"Kolleclərdəki peşə ixtisaslarının bir çoxuna müasir dövrdə ehtiyac yoxdur"

Kollec məzunları iş tapa bilmir. Bu təhsil ocağını bitirənlərin diplomlarına əksər müəssisələrdə etimad göstərilmir.

Orta ixtisas təhsili müəssisələri xidmət sahələri üçün kadr hazırlığı işini həyata keçirir. Lakin bu təhsil müəssilərini bitirən məzunlar iş tapmaqda çətinlik çəkirlər.

Təhsil Eksperti Əjdər Ağayev deyib ki, kolleclərdəki peşə ixtisaslarının bir çoxuna müasir dövrdə ehtiyac yoxdur. Digər tərəfdən isə abituriyentin cüzi balla orta ixtisas təhsili müəssisələrinə daxil olması və kolleclərin maddi-texniki bazasının zəifliyi bu diploma etimadı azaldır.

Ekspetr hesab edir ki,universitetlərin bu cür geniş yayıldığı dövrdə əksər kolleclərə ehtiyac yoxdur.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov isə bildirib ki, problemin həlli üçün bu il fevralın 3-də Nazirlər Kabineti tərəfindən müvafiq qərar verilib. Həmin qərara əsasən bir neçə orta ixtisas təhsili müəssisəsi birləşib, bir neçəsi isə universitetlərin nəzdinə verilib. 

Ali təhsil müəssisələrinin nəzdindəki kollec tələbələrinə subbakalavr diplomu veriləcək. Gələcəkdə isə həmin tələbələr imtahan vermədən universitetə qəbul ola biləcəklər.

Yerdə qalan kolleclərin də strukturunun optimallaşdırılması istiqamətiində Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanıb və işlər aparılır.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb