Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

11:15 | 27.11.2014
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

11 illik bazadakolleclərə (texnikumlara) qəbul olmaq istəyən və orta məktəbi 2015-ciildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasənmüsabiqədə iştirak edə bilərlər.

ANN.AzAzVision.az-a istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, bu qayda əvvəlki illərinməzunlarına da şamil olunur. Belə ki, orta məktəbi əvvəlki illərdəbitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyənşəxslər də eksternat qaydada buraxılış imtahanında və buraxılışimtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edəbilərlər. Həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştiraketmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbuluzamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinəkeçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsilmüəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həminabituriyentlər orta ixtisas təhsil müəssisələri üzrə ixtisas seçimindəiştirak edə bilərlər. TQDK-nın məlumatına görə, bu haqda daha ətraflı məlumat gələn ilinəvvəlində nəşr olunacaq 1 saylı "Abituriyent" jurnalında təqdimolunacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb