Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb

12:39 | 18.08.2020
Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb

Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb

"CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanımın Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, telekanal bu xəbəri özünün "Twitter” səhifəsində paylaşıb.

"Rusiya prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, - deyə koronavirus peyvəndinin tədqiqatları barədə videonun şərhində bildirilib.

Sherg.az xatırladır ki, videoda sözügedən qız – Natalya Vasiyarova sadəcə könüllüdür. O, RF Hərbi Tibb Akademiyasının kursantıdır.

"Ruptly”nin məlumatına görə, Natalya özünün Putinin qızı kimi təqdim olunmasından təəccübləndiyini bildirib və "CNBC” kanalına informasiyanı diqqətlə araşdırdıqdan sonra təqdim etməsi barədə tövsiyə verib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb