• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR

Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR
29.05.2020 08:00


Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

Oxu.Az mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarının siyahısını hazırlayıb.

Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var.

Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub.

İsa Həbibbəylinin 71, Eldar İbrahimovun 75, Madər Musayevin 73, Rasim Musabəyovun 69, Asim Mollazadənin 67, Sədaqət Vəliyevanın 65, Eldar Quliyevin 69, Mixail Zabelinin 74, Oqtay Əsədovun 75, Vahid Əhmədovun 72, Anatoliy Rafailovun 67, Rafael Hüseynovun 65, Fəzail Ağamalının 72, Sabir Rüstəmxanlının 73, Əhliman Əmiraslanovun 72, Cavanşir Paşazadənin 66, Tahir Rzayevin 70, Aqil Abbasın 66, Sabir Hacıyevin 65, Əli Məsimlinin 67, Aqiyə Naxçıvanlının 70, Bəxtiyar Sadıqovun 69 yaşı var.

Hakimiyyətin qanunverici qanadının rəhbərliyində təmsil olunan iki nəfərin də yaşı 65-i keçib.

Parlamentin sədri Sahibə Qafarovanın bu ilin martın 19-da 65 yaşı olub. Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin isə 68 yaşı var.

Xatırladaq ki, martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirusla mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Milli Məclisin komitələrinin, komissiyalarının iclaslarının, parlamentin Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın.

Bidirilir ki, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçiriləcək.

Sərəncama əsasən, deputatların və Milli Məclis əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bizim həyat tərzimizə burnunu soxmasınlar - Prezident
Siyasət 17:26
Bizim həyat tərzimizə burnunu soxmasınlar - Prezident
Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırış yarada bilər-Oşakbayev
Siyasət 16:15
Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırış yarada bilər-Oşakbayev
İlham Əliyev müddətsiz partiya sədri olacaq
Siyasət 16:15
İlham Əliyev müddətsiz partiya sədri olacaq
Gələn il Azərbaycanda minimum əməkhaqqı, pensiya və sosial müavinətlər artırılacaq - Prezident
Siyasət 13:08
Gələn il Azərbaycanda minimum əməkhaqqı, pensiya və sosial müavinətlər artırılacaq - Prezident
Əliyev -bir gün də istirahət etmədik
Siyasət 11:46
Əliyev -bir gün də istirahət etmədik
Metyu Brayza: ABŞ enerji layihələrində milli maraqları əsas götürüb
Siyasət 10:59
Metyu Brayza: ABŞ enerji layihələrində milli maraqları əsas götürüb
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib
Siyasət 10:44
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib
Azərbaycan XİN Qvineyanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:26
Azərbaycan XİN Qvineyanı Milli Günü münasibətilə təbrik edib
İrnazarov: Orta Dəhlizin səmərəli fəaliyyəti üçün koordinasiya və vahid yanaşma vacibdir
Siyasət 10:15
İrnazarov: Orta Dəhlizin səmərəli fəaliyyəti üçün koordinasiya və vahid yanaşma vacibdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol