Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar olundu

11:30 | 04.01.2021
Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar olundu

Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar olundu

İlk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun mutasiya olunmuş növü bu dəfə Yunanıstanda ortaya çıxıb,  bu barədə Yunanıstanın "Antenna" telekanalı xəbər verib. 

Kanalın məlumatına görə, koronavirusun mutasiya olunmuş növü Afina Akademiyasının Tibbi Texnoloji Tədqiqatlar İnstitutuna təqdim olunan testlərdə aşkarlanıb. Ştammın dörd nümunədə müəyyən olunduğunu açıqlayan kanal qeyd edib ki, bu yaxınlarda ölkədə tətbiq olunan geniş miqyaslı sərt karantin tədbirlərinin məhz sözügedən növün aşkarlanması ilə əlaqəlidir. 

Xatırladaq ki, şənbə günü Yunanıstan Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stelios Petsas Yunanıstanda qüvvədə olan ümumi karantin tədbirlərinin 11 yanvar tarixinə qədər daha da sərtləşdiriləcəyini açıqlamışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb