Kosmosa ordu göndərilir

14:45 | 05.08.2014
Kosmosa ordu göndərilir

Kosmosa ordu göndərilir

“Gündoğan ölkə” texnoloji yenilikləri və bu sahədə irəliləyişi ilə dünyanı heyrətə gətirməyə davam edir.

ANS PRESS-in məlumatına görə, Yaponiya hökuməti Yerə yaxınlaşan kosmik cisimləri aşkar etmək və peykləri qorumaq məqsədilə kosmosa ordu göndərəcək. Yaponiyanın bu əməliyyatı 2019-cu ildə həyata keçirəcəyi bildirilir. Bu barədə ölkənin bir neçə il öncədən planlar qurduğu və ABŞ-ın da bundan xəbərdar olduğu deyilir. Elm adamları Yerin ətrafındakı kommunikasiya peyklərinə zərər verə biləcək 3 min kosmik qırıntı olduğunu açıqlayıblar.Xəbərdə bildirilir ki, Yaponiya sözügedən kosmik proqram sayəsində əldə etdiyi məlumatlarla ABŞ ordusuna da kömək edəcək. Beləliklə, iki ölkə arasındakı münasibətlər daha da inkişaf etdiriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb