Kral olmaq üçün atasının dəfnini gözləyir

10:51 | 16.10.2016
Kral olmaq üçün atasının dəfnini gözləyir

Kral olmaq üçün atasının dəfnini gözləyir

Tailandın yeni kralı Maxa Vaçiralonqkornun tacqoyma mərasimi atası Pxumipon Adulyadet dəfn olunduqdan sonra baş tutacaq.

"Qafqazinfo”nun "Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Adulyadetin dəfn mərasimi üçün hazırlıqlar bir neçə günə yekunlaşacaq.

Hazırda ölkəni eks-baş nazir və təqaüddə olan generel, 96 yaşlı Prem Tinsulanon müvəqqəti olaraq idarə edir.

Xatırladaq ki, Tailand kralı Pxumipon Adulyadet oktyabrın 13-də 89 yaşında Banqokdakı Sisirat xəstəxanasında dünyasını dəyişib. Onun vəfatı ilə bağlı ölkədə 1 ay matəm elan olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb