Kraliça sosial şəbəkəyə qoşuldu - VİDEO

22:08 | 24.10.2014
Kraliça sosial şəbəkəyə qoşuldu - VİDEO

Kraliça sosial şəbəkəyə qoşuldu - VİDEO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 88 yaşlı kraliçası II Elizabet bu gün ilk "Tvit"ini atıb.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kraliça bu gün Londondakı Elm Muzeyini ziyarət etdikdən sonra yaratdığı Twitter hesabından ilk paylaşımını edib.O, ilk "tvit"ində fikrini bu cür bölüşüb: "Elm Muzeyindəki elm çağı sərgisinin açılışını etməkdən məmnunluq duydum. Arzu edirəm ki, sərgiyə gələcək hər kəs burda olmaqdan razı qalacaq".600 adamın dəvət edildiyi açılış haqqındakı "tvit" kraliçanın @BritishMonarchy (Britanya Krallığı) hesabından atılıb.Kraliçanın ilk "tvit"inin ardınca Twitter'da #QueenTweets (kraliça tvit atdı) adıyla trendlər paylaşılıb. 88 yaşlı kraliçanın ilk "tvit"i 1 saat ərzində 20 min istifadəçi tərəfindən paylaşılıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb