Kredit almaq asanlaşır

14:00 | 28.12.2014
Kredit almaq asanlaşır

Kredit almaq asanlaşır

"Elektron hökumət” portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə artıq bir neçə bank qoşulub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hazırda bu xidmətdən "Unibank” ASC, "Accessbank”, "Bank of Baku”, "Bakı Ticarət Bankı”, "Muğanbank” ASC və "Bank Respublika” ASC faydalanmaqdadır.

Yaxın zamanda isə "İnkişaf üçün maliyyə” Qeyri-Bank Kredit Təşkilatı, "Rabitabank” ASC, "Azərbaycan Beynəlxalq Bankı” ASC, "AGBank” ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.

Qeyd edək ki, vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edir. Xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb