Kredit kartlarının sayı kəskin azaldı

14:50 | 13.04.2016
Kredit kartlarının sayı kəskin azaldı

Kredit kartlarının sayı kəskin azaldı

Azərbaycanda dövriyyədə olan kredit kartlarının ümumi sayı kəskin azalaraq cari il martın 1-nə 792 min ədəd təşkil edib.
 
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu da ilin əvvəlindən 218 min ədəd və ya 22%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 527 min ədəd və ya 40% azalma deməkdir.

Hesabata əsasən, martın 1-i vəziyyətinə dövriyyədə ümumilikdə 5 387 min ədəd ödəniş kartı olub ki, bunun da 45%-i və ya 2 423 mini sosial kart, 27,6%-i və ya 1 486 min ədədi əmək haqqı kartlarıdır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb