Kriminal avtoritet Nalbandyanın müşaviri olub

20:14 | 30.01.2018
Kriminal avtoritet Nalbandyanın müşaviri olub

Kriminal avtoritet Nalbandyanın müşaviri olub

Soçidən olan erməni əsilli tanınmış sahibkar Ruben Tatulyan (Robson) 2016-ci ilin ortalarından və 2017-ci ilin sonunadək Ermənistanınnın XİN rəhbəri Edvard Nalbandyanın müşaviri olub.

AzVision.az erməni mtəbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü deyib. "Tatulyan nazirə hansı məsləhətlər verirdi” sualına cavabında Nalbandyan bildirib ki, biznesmen Rusiyanın cənub bölgələrində erməni icma qurumlarının dəstəklənməsi məsələlərinə köməklik edib. 

Eyni zamanda nazir, "Tatulyanın kriminal dünya ilə əlaqəli olması Ermənistan rəhbərliyini narahat edirmi” sualını cavabsız qoyub. 

Xatırladaq ki, ABŞ Rusiya və keçmiş SSRİ-dən olan 10 kriminal avtoritetə qarşı sanksiyalar tətbiq edib. Həmin siyahıda Ruben Tatulyanında adı var. 

Məlumatda bildirilir ki, bu şəxslərin hamısı ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna fəaliyyət göstərən "qanuni oğrular” təşkilatı ilə əlaqəlidirlər. Sanksiyalar çərçivəsində ABŞ vətəndaşlarına sadalanan şəxslərlə biznes fəaliyyəti qurmağa icazə verilməyəcək. Bundan əlavə siyahıda adı olanların ABŞ-a girişi qadağan olunub, onların ölkə ərazisindəki hesabları dondurulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb