KTMT Ermənistan və Azərbaycan sərhəddində yüksək münaqişə görür

14:02 | 14.02.2024
KTMT Ermənistan və Azərbaycan sərhəddində yüksək münaqişə görür

KTMT Ermənistan və Azərbaycan sərhəddində yüksək münaqişə görür

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ( KTMT ) Ermənistan və Azərbaycan sərhəddində yüksək münaqişə görür. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib. 

"Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var” – Serdyukov bildirib. Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin potensialından fəal şəkildə istifadə edilir. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq”, - o bildirib. 

Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır. "Ermənistanın Təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanma formatına təsir etməkdə davam edir”, - Baş Qərargah rəisi qeyd edib.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə imkan vermək istəmir.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti