• $
  • €
  • ₽
  • ₺
  • £

Məlahət Abbasova Bakıda yeni filmə çəkilir

Məlahət Abbasova Bakıda yeni filmə çəkilir
24.09.2015 17:33
Əməkdar incəsənət xadimi Türkiyəyə qayıdıb

Azərbaycanın əməkdar incəsənət xadimi, uzun illərdir Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova Bakıda yeni filmə çəkilib.

Bu barədə "Report"a M.Abbasova özü məlumat verib.

O, artıq Türkiyəyə qayıtdığını bildirib: "Bir müddətdir Bakıya - doğma şəhərimə gəlmişdim. Gənc prodüser Sarvan və yeni çəkilən filmin rejissorları Ruslan İsmayılov və Nicat Rzazadənin ekranlaşdırdığı bədii filmdə əsas obrazlardan birini canlandırıram. Bu film gənclərin ilk ekran əsəridir. Mən prodüserə söz vermişdim ki, onlara ilk filmlərində dəstək olacam. Sözümün üzərində dayandım. Çəkilişlər dörd gün olmalı idi. Bir-iki gün uzandı. İlk çəkilişimiz Göyçayda oldu. Sonra Bakıda davam etdi. Mənimlə birlikdə bu filmdə əməkdar artist Sabir Məmmədov çəkilir".

Qeyd edək ki, M.Abbasova Bakıda olduğu müddətdə Akademik Milli Dram Teatrında mövsümün açılışında, "Qarabağnamə" tamaşasında iştirak edib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol