• $
  • €
  • ₽
  • ₺
  • £

Daxildən baxış: Mumok müasir incəsənət muzeyi – REPORTAJ

Daxildən baxış: Mumok müasir incəsənət muzeyi  – REPORTAJ
15.12.2015 16:08
Rüstəm Qasımov

Bu dəfə bizim ziyarətimiz Vyanadakı Müasir incəsənət muzeyidir (alm. Museum Moderner Kunst Stiftung Ludwig Wien. Qısaca MUMOK). Avstriya paytaxtındakı bu muzey də muzeylər kvartalında yerləşir. 

Mumok digər muzeylərdən qeyri-adiliyi və qəribəliyi ilə seçilir. "Ortner&Ortner” memarlıq bürosu tərəfindən layihələşdirilən muzeyin binası kub formasındadır və ona vulkan qayası materialından üz çəkilib. Layihənin ilkin variantında binanın daha böyük olması nəzərdə tutulmuşdu. Ancaq çoxlu müzakirələrdən sonra binanın hündürlüyündə ixtisara yol verildi, ancaq aşağı mərtəbələrin ölçüsü genişləndirildi. Yeri gəlmişkən, bir çox insanlar muzeyin binasının formasını kosmik gəmiyə oxşadırlar. Doğrudam da binanın içindəykən, liftlə mərtəbədən mərtəbəyə qalxdıqca belə bir təəssürat yaranır ki, sanki siz hansısa ulduzlararası gəminin göyərtəsindəsiniz. 

Burada sərgilənən ekspozisiyaların əksəriyyəti Avstriya Lüdviq Fondundan olan İrena və Piter Lüdviq kimi məşhur kolleksiyaçıların kolleksiyalarına daxildirlər. Muzeyin əsas missiyası XX və XXI əsr incəsənətinə maraq yaratmaqdır. Muzeyin sərgi meydançasının sahəsi 4800 kvadrat metrdir və burada müasir incəsənətə dair 7000 əsər nümayiş olunur. Əsərlərin müəlliflərinə misal kimi Endi Uorhol, Pablo Pikasso, Yozef Boyz, Nam Cun Payk, Herhard Rixter, Casper Cons, Roy Lixtenşteyni və digələrini göstərmək olar. 

Muzeydə tez-tez provakativ sərgilər və tədbirlər keçirilir, bu isə cəmiyyətdə geniş rezonans doğurur. Muzeyin qarşısında duran əsas vəzifələrdən biri sərgilərin tematik koordinasiyasıdır, bu müasir incəsənəti başa düşməyə kömək edir. 

Avstriyanın ən böyük muzeylərindən olan və modernizm cərəyanının başlaması anından indiki dövrü əhatə etməklə MUMOK Avstriya dünyagörüşünürün beynəlxalq kontekstə inteqrasiyasını təmin edir. Muzey dərin sosial və siyasi problemlərin həllində də rol oynamağa cəhd edir. 

Klassik incəsənəti sevənlər üçün Mumok çətin ki, xüsusi təəssürat doğursun. Ancaq müasir incəsənətlə maraqlananlar üçün Mumok ideal yerdir.

Muzeydən çəkdiyimiz fotosessiyanı oxucularımıza təqdim edirik. 

Xoş seyrlər: 
 
































www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol