• $
  • €
  • ₽
  • ₺
  • £

Edvard Munkun sərgisindən FOTOREPORTAJ

Edvard Munkun sərgisindən FOTOREPORTAJ
27.01.2016 14:40
Rüstəm Qasımov

Bir müddət əccəl Vyananın Albertina muzeyində görkəmli Norveç rəssamı və qrafiki Edvard Munkun sərgisi keçirilirdi. 

Munk modern incəsənətin nümayəndələrindəndir: onun litoqrafiyaları, qravürləri, ağacdan işləri 20-ci əsr çap qrafikasının absolyut zirvəsi sayılır. 2003-cü ildə Albertina muzeyi restavrasiyadan sonra ziyarətçilərin üzünə açılanda ilk sərgisini Munkun geniş restrospektiviylə başlamışdı, indi isə muzey ekspressionizmin yaradıcılarından sayılan Munkun çap qrafikasının pioneri kimi təqdim edir. 
 


Beləliklə, biz sizinlə yenidən məşhur qrafika və rəsm muzeyi Albertinanın geniş zallarında səfərə çıxırıq. Biz bu muzeydə sərgilənən digər rəssamlar və rəsmlər barədə əvvəlki yazımızda söz açmışıq. Bu gün isə sizinlə dahi rəssam Edvard Munkun əsərlərinə baxacağıq. 

Əvvəlcə Munkla bağlı maraqlı faktları oxucularımıza təqdim edirik: 

"Mən sənətkar kimi özümə həyatı və onun mənasını açmağa çalışmışam, mən həmçinin digərlərinə öz həyatımın mənasını da açmaqda kömək etməyə çalışmışam”, - Munk deyib.
 
Anası vərəmdən vəfat edəndə Munkun 5 yaşı vardı, sonra isə o böyük bacısını itirdi. Bundan sonra ölüm mövzusu dəfələrlə onun yaradıcılığında öz əksini tapıb. 

Munkun "Çığırtı” əsəri açıq auksionda satılan ən bahalı sənət əsəri kimi rekorda imza atıb. 

Albertinadakı kompozisiyaya Munkun 80 məşhur işi daxil edilib. Onların bir çoxu şəxsi kolleksiyalara daxildir və xüsusi təqdimat üçün Albertina muzeyinə təqdim edilib. 
 


Munkun qrafikası nəhəng bir dünyadır. Rəssam müxtəlif qrafik mövzularında çox məhsuldar işləyib. Yeri gəlmişkən, o, Avropa ağac qravürası (ksiloqrafiya) tarixində də ən vacib ustalardan sayılır. 

Diqqətinizi çəkmək istədiyim ilk rəsm "Sancaqlı xanım Yeva Mudoççi” (1903) adlı qrafik işdir. Yeva Mudoççi özünə italyan təxəllüsü götürmüş və məşhur britan yazıçı Ceyms Maddokun tündrəngli qarasaçlı, cazibədar qızı Yevangeliya Maddokdur. 
 


Munkla Yeva ehtiraslı eşqlə bir-birinə vurulmuşdular, ancaq rəssamın əsəbi davranışları ucbatından məhəbbət macərası yarımçıq qaldı. Onlar dəfələrlə ayrılıb-birləşdilər, ancaq rəssamın digər münasibətləri kimi bu münasibət də nəticəsiz qaldı. Bu dövr rəssam üçün çox ağrılı oldu, o dəfələrlə əsəb tutmalarına məruz qaldı, nəticədə də rəssam Kopenhagendəki psixiatriya klinikasında bir ildən çox yatmalı oldu. 

Munkun "Qadın həyatının 3 dövrü” əsəri də maraqlıdır, burada o, qadının gəncliyini, orta yaş və yaşlanandan sonrakı dövrünü təsvir edir. 

Sərgidə Norveçin milli qalereyasında saxlanılan Munkun çoxlu məşhur qrafik işləri təqdim edilirdi. Məsələn, onlardan biri "Yetkin yaş” idi. 
 


Munkun məşhur litoqrafiya nümunələrindən birinə misal kimi "Skeletin əlindən avtoportreti” (1895) göstərmək olar. Ekspressionizmin ilk nümayəndələrindən olan və yaradıcılığına ölüm, tənhalıq, amma bununla belə həyat eşqi mövzusu hopan rəssamın bu şəkli də Berlin dövründə çəkilib və rəssamın ölümə necə olduğunu əks etdirir. Ölümlə erkən uşaqlıqda tanış olan Munk həmişə həyatın sonunu düşünüb. Onun avtoportretlərində introvensiya və ölüm barədə düşüncələr görünür. 

Sərgidə nümayiş etdirilən digər çox məşhur əsər "Madonna” (1895) idi. Bu əsər 5 variasiyada təqdim edilirdi. Kətanda erotika tema dini allüziyalarla müşayiət olunur və özlüyündə ziddiyət təşkil edir. Bu ikimənalı əsərdə Munk üçün məşuqəsi, yazıçı Stanislav Pşibışevskinin həyat yoldaşı norveçli Daqni Ol poza verib. 
 


Sonda mən rəssamın vizit kartına çevrilmiş onun ən məşhur rəsm əsəri olan "çığırtı”dan (1895) bəhs etmək istəyərdim. Qeyd etmək lazımdır ki, bu rəsmin 1893-1910-cu illərdə çəkilmiş 4 ekzemplyarı mövcuddur. İlk versiya "Təşviş” adlandırılmışdı. Dəhşətə qapılan insan obrazı incəsənətdə ən məşhur əsərlərdən biri sayılır. Şəxsi əllərdə rəsm əsərinin yalnızca bir variantı (1895) mövcuddur. O, 2012-ci ilin 2 mayında "Sotheby's" auksionunda 119.9 milyon dollara satılıb. Həmin vaxt bu əsər açıq auksionda satılmış ən bahalı əsər kimi rekorda imza atmışdı. Muzeydə "Çığırtı”nın sərgiləndiyi yerdə qələbəliyin olması təsadüfi deyildi, insanlar bu dünyaca məşhur şedevrə baxmaq üçün əldən ayaqdan gedirdilər. Bu rəsm əsərinin qarşısında durarkən keçirdiyim hissləri ifadə etmək doğurdan da çətindir, mən təəssürat burulğanına düşmüşdüm...
 


Bununla da bizim Albertina muzeyində Edvard Munkun sərgisinə baş tutan səyahətimiz başa çatır. 

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı dünyanın məşhur qalereya, muzey və sərgi salonlarından hazırladığı reportajları təqdim etməkdə davam edir. 

Növbətdi fotosessiyamızı təqdim edirik. 

Xoş seyrlər:  
 




















www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol