• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın “Formula 1” həftəsi üçün repertuarı

Musiqili Teatrın “Formula 1” həftəsi üçün repertuarı
13.06.2016 18:10
17-19 iyun tarixlərində Bakı şəhərində "2016 Formula 1 Avropa Qran Prisi” baş tutacaq. Azərbaycan Dövlət Musiqili Teatrı da ölkəmizdə ilk dəfə keçiriləcək bu dünyaca məşhur idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazimi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı "Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək. "17-19 iyun tarixlərində ölkəmiz daha bir ilkə imza atacaq. Məhz bu günlərdə Azərbaycanda ilk dəfə "Formula 1” yarışları keçiriləcək. Dövlət Musiqili Teatrı bu yarışma ilə əlaqədar olaraq bu həftə xüsusi repertuarla çıxış edəcək. Nümayiş olunacaq R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun "Talelər qovuşanda” və O. Kazımi, R. Heydərin "Qızıl toy” səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim ediləcək. Ümumiyyətlə, Dövlət Musiqili Teatrı artıq bir neçə ildir ki, ölkəmizin mötəbər qonaqlarını, xarici ölkə vətəndaşlarını, turistləri yüksək səviyyədə qarşılamaq təcrübəsinə malikdir.
 
Ötən il Azərbaycanda bir sıra beyxəlxalq tədbirlər keçirildi. I Avrova Oyunlarında, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında, Ümumdünya Gömrük Təşkilatının əlaqələndirmə qovşağı rəhbərlərinin yığıncağında iştirak edən əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında ən yüksək və xoş təəssüratlar yaratdı. Həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri Musiqili Teatrda yüksək səviyyədə qəbul etdik, mədəni istirahətləri üçün lazim olan hər cür şərait yaratdıq. Bu təcrübəmizə əsaslanaraq bildirmək istəyirəm ki, "Formula 1” yarıması münasibətilə Bakıya gələn qonaqları da qarşılamağa hazırıq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol