İki yeni gürcü romanı azərbaycanca

Otar Çiladze "Mart xoruzu"
1991-ci ildə qələmə alınmış roman müharibə sonrası Gürcüstanından bəhs edir. Baş qəhrəman gənc Niko tez-tez keçmişi, uşaqlıq illərini xatırlayır, doğma və yaxınlarının obrazlarını göz önünə gətirir. Romanın əsas mövzusu gənc oğlanan mənəvi kamilləşməsi, özünü tərbiyəsi üzərində qurulub. Kitab "Alatoran" nəşriyyatından, Gürcü Milli Kitab Mərkəzinin dəstəyilə çap olunub.
Giorgi Kekelidze "Quriya gündəlikləri"
2016-cı ildə Gürcüstanda bestsellerə çevrilmiş bu kitab 1990-cı illərə aid iki əhvalat üzərində qurulub. Gürcüstanın Quriya bölgəsindən Tibilisiyə gələn gənc elm sahəsində uğur qazanmaq istəyir, ancaq o tezliklə cinayətkar aləmin içinə düşür və sonda küçələrdə qalır. Onun daxili aləmində isə bütün bunlara qarşı mübarizə gedir, kitab da elə bu mübarizədən bəhs edir. Kitab "ADK" nəşriyyatında Gürcü Milli Kitab Mərkəzinin dəstəyilə çap olunub. (Azadliq.org)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















