• $
  • €
  • ₽
  • ₺
  • £

Bir şəklin tarixçəsi

Bir şəklin tarixçəsi
16.09.2016 16:01
Çoxları bu şəklin yaranma tarixindən xəbərsizdir

ANN.Az xəbər verir ki, məşhur türkiyəli aktyor Tarik Akan, azərbaycanlı sənətkarlar Həsən Məmmədov və Rasim Balayevin yer aldığı şəkil çoxlarının marağına səbəb olub.

İllərdir xüsusən sosial mediada yayılan bu şəklin yaranma tarixçəsi çoxlarına məlum deyil. Sözügedən fotoşəkil 1976-cı ildə Özbəkistanda çəkilib. Paytaxt Daşkənddə təşkil olunan Beynəlxalq Film Festivalına qatılan Tarik Akan azərbaycanlı aktyorlarla söhbət etməyə başlayıb. Həsən Məmmədov və Rasim Balayev Tarik Akanla danışdığı məqamda yerli fotoqraflarda biri bu anı tarixə həkk edib.

Həmin festivalda "Bizim ailə" filmini təmsil edən Akan ölkəsinə Daşkənd Film Festivalının İşçi Konfederasiyası Xüsusi Mükafatı ilə qayıdıb.

Xatırladaq ki, bu gün səhər saatlarında məşhur türk aktyor Tarık Akan vəfat edib.

Bu barədə məlumatı Nazim Hikmət adına Kültür və Sənət Vəqfi yayıb.

Bir müddət öncə ağciyər xərçəngindən əziyyət çəkən 66 yaşlı məşhur türk aktyor Tarık Akanın vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol