• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Peşəkar Azərbaycan teatrı güclü mədəni şəraitdə yaranıb"

İlham Əliyev: "Peşəkar Azərbaycan teatrı güclü mədəni şəraitdə yaranıb"
07.11.2016 12:01
"Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.
 
Azərbaycan prezidenti İlham Əliyev müraciətində bildirib ki, Azərbaycan teatrının ləyaqətli tarixi var:
 
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrin ölkədə maarifçilik hərəkatının inkişafına ciddi təkan verdiyini qeyd edən Azərbaycan prezidenti qeyd edib ki, bu, ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradıb:
 
"Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mədəni şəraitində yaranıb. 144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan teatrı 2009-2019-cu illərdə adlı Dövlət Proqramı çərçivəsində artıq 4-cü dəfədir ki, beynəlxalq teatr konfransı keçirilir. Sevindirici haldır ki, builki konfrans respublikamızda elan olunmuş multikulturalizm ili tədbirləri sırasındadır. Təqdirə layiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının teatr və multikulturalizm mövzusuna həsr olunmuş 4-cü Bakı konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcəyinin inkişafının istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir. Bu çox nəcib və xeyirxah bir əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir. Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasında mədəni dostluq tellərini daha da möhkəmləndirəcəklər. Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm”. //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol