• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq

Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq
15.12.2016 18:34
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 17, 18 dekabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirməsində "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), "Toya bir gün qalmış” (Ə. Səmədli) və "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Aydan Həsənova, Fərid Rzayev, Rauf Babayev, Əmrah Dadaşov, Güldanə Əzimova, Zarina Qurbanova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 dekabr tarixində saat 12.00-da Ş. Peronun "Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, 18 dekabr tarixində saat 12.00-da isə R. Şəfəq, V. Ziminin "Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.  

Teatrsevərlər Musiqili Teatrın tamaşalarına 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol