Meraya Kerri Bakıya gəlir

"Biz musiqi tarixində böyuk uğur qazanmış müğənnini Bakıda baş tutan ikinci "Formula 1” yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Kerri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir”.
Bu sözləri Oxu.Az-a dünya şöhrətli müğənni Meraya Kerrinin "Formula 1” Azərbaycan Qran Prisində baş tutacaq konserti ilə bağlı danışarkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov söyləyib.
Qeyd edək ki, bu il Bakıda keçiriləcək növbəti "Formula 1” yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Musiqi dünyasının əfsanəvi ulduzu M.Kerri iyunun 25-də yarış başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















