• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhurlarımızın bədbəxt övladları - SİYAHI

Məşhurlarımızın bədbəxt övladları - SİYAHI
16.12.2017 16:30
Tez-tez məşhur şəxslərin, sevilən sənətçilərin övladları ilə bağlı xoşagəlməz xəbərlər oxuyuruq. Xalq tərəfindən sevilən bir ailədə böyüyən bu övladlar atdıqları addım və tutduqları əməllərlə öz həyatlarını məhv etməklə yanaşı, valideynlərini də çətin vəziyyətə salırlar.


 kult.az-a xəbər verir ki, görkəmli aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanın bugünlərdə "Şərq” qəzetinə verdiyi müsahibədə dedikləri bir daha bu mövzunu gündəmə gətirdi. S.Aslanın oğlu uzun müddət spirtli içki aludəçisi olub. Onun bir vaxtlar atasının 60 illik yubileyinə ölkə başçısı tərəfindən hədiyyə olunmuş evi banklardan birinə girov qoyduğu da deyilir. Hazırda ailəsi dağılan, evsiz qalan Ç.Aslan ağır günlər yaşayır və ictimaiyyətdən kömək istəyir.


Xalq artisti Arif Quliyev də cinayət törətmiş oğluna görə uzun müddət əziyyət çəkib. A.Quliyevin oğlu Fərid Quliyev uzun illər öncə dostlarından birini qarət məqsədilə başına balta ilə vuraraq öldürmüşdü. Evin tək övladını öldürən F.Quliyev həbsxanada olduğu müddətdə vərəm xəstəliyinə yoluxdu. Azadlığa çıxdıqdan bir müddət sonra isə xəstəliyi səbəbindən dünyasını dəyişdi.


Sevilən aktyor, əməkdar artist Rəhman Rəhmanov da oğul dərdi çəkənlərdəndir. Bir müddət səs yarışmalarından birinin iştirakçısı olan və xeyli məşhurlaşan Emil Rəhmanov sonradan narkotik istifadəçisinə çevrildi.


Aktyorun oğlu bir neçə gün öncə azadlığa çıxıb. Ancaq bu, onun ilk məhkumluğu deyildi. Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq, 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2013-cü ilin sentyabrın 17-də isə narkotik istifadəçisi kimi həbs edildi.


Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev dostları ilə içki məclisində yeyib-içdikdən sonra aralarında düşən mübahisə zamanı başından küt alətlə aldığı zərbə nəticəsində həyatını itirdi.


Əlbəttə, bu, tam siyahı olmasa da, müəyyən təsəvvür yaradır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol