• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmışlar "Space"nin efirindəki biabırçılıqla bağlı nə dedi? - SORĞU

Tanınmışlar "Space"nin efirindəki biabırçılıqla bağlı nə dedi? - SORĞU
08.04.2019 14:54
Xəbər verdyimiz kimi, "Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələrin efirdə yayımlanması böyük müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bununla bağlı MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı ilə protokol tərtib edib.

Məsələ ilə bağlı Xalq artisti Faiq Ağayevin fikirlərini öyrəndik. Sənətçi bu barədə danışmaq istəmədiyini və öz efir mədəniyyəti ilə hər zaman seçilməyə çalışdığını qeyd edib:

"Bizim sənət fərdidir, hər kəs özünə görə cavabdehlik daşıyır. "Sənət adamları tamaşaçılara qarşı necə münasibətdə olmalıdır” sualının cavabını öz çıxışlarımda hər zaman göstərirəm. Odur ki, heç kəsin davranışına qiymət vermək istəmirəm.

Rüfət Axundovla Rəşəd İlyasovun başına gələnlər mənə aid olan mövzu olmasa da, onu deyə bilərəm ki, onlar efirdə söyüş söyməyib. 100 faiz əmin olublar ki, mikrofon bağlıdır. Onlar öz aralarında zarafatlaşıb. Lakin bu zarafatın uğurlu və uğursuz olması, yaxşı və ya pis hərəkət olması müzakirə oluna bilər. Hər halda arxayın olublar ki, bu zarafat tamaşaçılara çatmayacaq. Əgər onlar bilsəydi ki, zarafat tamaşaçının diqqətinə çatacaq, o zaman ömür-billah bu səhvə yol verməzdilər. Heç bir sənət adamı bilərəkdən belə addım atmaz”.

Tanınmış kinorejissor və ssenarist Şeyx Əbdülün fikrincə bu, ilk növbədə texniki heyətin məsuliyyətsizliyindən irəli gəlib:

"Texniki heyətin səhvidir, videonu yaymağın və cəmiyyətə çatdırmağın əleyhinəyəm. Nə mənası var? Şəxsi müstəvidə sənət aləmində belə hallar baş verə bilər. Amma bunu ictimailəşdirmək və yaymmaq doğru deyil. Sözsüz ki, arzuolunan və xoşagələn hal deyil. Texnikanın inkişaf etdiyi dövrdə insanlar, xüsusən də sənətçilər daha diqqətli və məsuliyytli olsun. Çox təəssüf edirəm ki, belə bir hal baş verib və ictimailəşib”.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, Azərbaycan telekanallarında efir etikasından kənar ifadələr işlədən Rüfət Axundova qadağa qoyulacaq.

"Biz kanala artıq xəbərdarlığımızı etmişik. Efir etikasına yaraşmayan ifadələr işlədən şəxs kanallardan yığışdırılmalıdır ki, cəmiyyətdə narazıçılıqlar səngisin. Cəmiyyət də görsün ki, belə halların qarşısının alınmasında şura qətiyyətlidir. Efirə çıxan hər hansı şəxs məsuliyyətlini dərk etməlidir. Odur ki, bu, həm aparıcılara, həm də sənət nümayəndələrinə dərs olacaq. Eyni zamanda kanalların texniki heyəti daha diqqətli olmalı və belə hallarında baş verməsinə imkan yaratmamalıdır. Rəşad İlyasovla bağlı məsələ aktual deyil. Burada söhbət ondan yox, digər tərəfdən gedir".

Təvəkkül Dadaşovun sözlərinə görə, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək.

Qeyd edək ki, Rüfət efir zamanı fonoqramla mahnı oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol