• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən Mirzə Cəlildən qat-qat böyük yazıçıyam” – Kəramət Böyükçöl

“Mən Mirzə Cəlildən qat-qat böyük yazıçıyam” – Kəramət Böyükçöl
29.05.2020 12:19
Tez-tez qalmaqallarla gündəmə gələn gənc yazar Kəramət Böyükçölün döyülməsi xəbəri yayılıb.

Anews.az xəbər verir ki, bu barədə "Yeni Müsavat”a danışan gənc yazar hadisənin təfərrüatlarını aşağıdakı kimi anladıb: "Əslində, dalaşan mənim dostum olub. Sadəcə, o, cəmiyyətdə tanınmadığı üçün mənim adım hallandı. Kafedə oturub pivə içirdik. Telefonuma zəng gəldi, çölə çıxıb danışası oldum. İçəri qayıdanda gördüm ki, bir qrup adam yığışıb, pivə içdiyim dostumla mübahisə edir. Hər halda, bu adam mənimlə oturub, hansısa şəkildə onun yanında olmalıydım. Mən də belə etdim və dava əsnasında yüngül formada məni də ona qatdılar, mübahisə yarandı. Şikayət edəcək səviyyədə böyük bir şey olmayıb. O adamların bir qismi məni tanıyırdı, bir qismi isə yox”.

Böyükçöl bildirib ki, indiyə qədər sazı, şairləri tənqid etdiyinə görə onu onlarla adam "söhbətə çağırıb”: "O qədər adam məni ”söhbətə çağırıb", ancaq hamısını da hansısa formada yola vermişəm. Çünki bu, şəxsi dava olmayıb. Mənim bu adamlarla nə kimi problemim ola bilər? Bilirəm ki, məni davaya çağıranlar, düşüncəsini, təfəkkürünü tənqid etdiyim kütlənin nümayəndələridir. Onlarla nə danışacam ki? Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər. Söhbətə getmirəm, sadəcə, yolda qabağıma çıxırlar. Başlayırlar, "qaqaş, sən onu nöş belə yazmışdun?” Deyirəm ki, qənd haqqı səhv eləmişəm. Onlar da deyirlər ki, "hə, brat, qəndə and içirsənsə onda inanırıq”. Yəni açığını desəm, indiyə qədər qənd mənim köməyimə çox gəlib".

Böyükçöl söyləyib ki, bundan sonra Azərbaycanda oxucunun olmamasından şikayət etməyəcək: "Bir neçə gündür ki, parkda oturub, kitablarımı satıram. Özü də hər kitaba 10 manat qiymət qoymuşam. 3-4 gün ərzində mən 2 min manatdan çox  kitab satmışam. Elə gün olub ki, 670 manatlıq kitab satılıb. Aprelin 13-də 340 manatlıq kitab satdım. Jurnalistlər də gəlirlər ki, məni yalan çıxarsınlar, görürlər ki, həqiqətən də oxucuların ardı-arası kəsilmir. Azərbaycanda yazıçı olduğumu ilk dəfə bu prosesdə hiss etdim. Növbəti, ”Ana söyüşü" adlı kitabım da qısa zaman sonra çap olunacaq".

"Kitabına nə üçün bu cür adlar seçirsən” sualına isə K. Böyükçöl aşağıdakı kimi cavab verdi: "İnsanlara nə lazım olduğunu bilirəm. Ona görə də bu cür adlar seçirəm. Onu da deyim ki, sazı, yazıçıları, şairləri tənqid etməyimdə məqsədim tanınıb, kitab satmaq deyildi. Sadəcə olaraq, proses təbii şəkildə indiki halına gəldi. Dediyim sözlər həqiqi münasibətim idi. Düşünürdüm ki, insanlar nəticə çıxarsınlar. İndi bilmədim ki, nəticə çıxardılar, yoxsa yox. Ancaq gördüyüm odur ki, məni sevib, oxumağa başlayıblar. Mənim kitabımı alanlar qəndə and içib inandırdığım təbəqəyə gülənlərdir. Elə zənn edin ki, Mirzə Cəlil ”Poçt qutusu" hekayəsini yazıb və adamlar da gəlib soruşurlar ki, doğruda da Novruzəli poçt qutusuna məktubu ata bilməyib? Məsələ ondan ibarətdir ki, Mirzə Cəlil öz xalqının düşüncəsini, təfəkkürünü yaxşı bilirdi. Başa düşürdü ki, onun xalqı poçt qutusuna məktub ata bilməyəcək səviyyədədir. Mən də bu cəmiyyətin düşüncəsinin, yalanlara qəndə and içməklə inandırmağın mümkünlüyü səviyyəsində olduğunu düşünüb, yazmışam". "Demək istəyirsən ki, sən bu dövrün Mirzə Cəlilisən” sualına isə "Mirzə Cəlildən qat-qat böyük yazıçıyam. Mirzə Cəlil öz dövründə mənim qədər məşhur, istedadlı, dildə-dişdə olan yazıçı deyildi. Bu mənada mən Mirzə Cəlildən qat-qat böyüyəm” deyib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol