• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan filminə erməni münsif rəy verəcək

Azərbaycan filminə erməni münsif rəy verəcək
28.07.2014 18:00
Rejissor Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-a kimi keçiriləcək 71-ci Beynəlxalq Venesiya kinofestivalının “Üfüqlər” (Orizzonti) proqramında nümayiş olunacaq.Bu proqramda E. Musaoğlu ilə yanaşı, 16 rejissorun filmi yarışacaq.“Senza nessuna pieta” filmi italyan aktyoru Michele Alhaiquenın rejissor kimi debütüdür.  Müstəqil Amerika kinosunun nümayəndələrindən biri Maykl Almereyda “Cymbeline” filmi ilə təmsil olunacaq. Almereyda Devid Linç, Vim Venders, Olivye Assayas kimi məşhur rejissorlara operator kimi əməkdaşlıq edib.Digər amerikalı rejissor Ami Canaan Mann “Oskar”a nominant olmuş və Kannda mükafat almış rejissor Maykl Mannın qızıdır.Bir neçə film və serial müəllifi olan 45 yaşlı rejissorun festivalda “Sənin doğru ideyan” filmi göstəriləcək.   Proqramda filmi nümayiş olunacaq digər rejissor italyan Franko Marescodur. O, eyni zamanda prodüserdir, televiziyada çalışır. Maresco “Berluskoni Siciliya tarixi” sənədli filmini təqdim edəcək.“Realite” filmi ilə təmsil olunan fransız musiqiçisi, klipmeyker, rejissor Kventin Düpyenin “Yanlış” filmi Amerikanın Sandens festivalında nümayiş olunub, Qran-Priyə nominant olub. “Üfüqlər” proqramında münsiflər heyətinin sədri honkonqlu rejissor, aktrisa, yeni Honkonq kinosunun əhəmiyyətli nümayəndələrindən biri Enn Hueydir. Onun “Sadə həyat” filmi 2011-ci ildə Venesiyada “Qızıl Şir” mükafatına nominant olub. “Yay qarı” (1995) filmi isə Berlin festivalında xüsusi mükafat alıb.  Builki Venesiya festivalı isə onun “Qızıl era” filmi ilə bağlanacaq.Münsiflər heyətinin digər üzvü İsveç aktrisası Auqust Pernilladır. O, dahi rejissor İnqmar Berqmanın İsveç teatrında səhnəyə qoyduğu tamaşalarda oynayıb.Çeyz Devid serial prodüseri və ssenaristdir.Fransada yaşayan Çad rejissoru Mahamat Saleh Harunun “Quru mövsüm” (2006) filmi Venesiyada, “Qışqıran adam“ (2010) filmi Kannda xüsusi mükafat alıb.Münsiflər heyətininin başqa üzvü isə erməni əsilli türk kino yazarı Alin Taşçiyandır. “Milliyət” qəzetində çalışan, TRT-də müxtəlif kino verilişləri aparan yazar Torino, Rotterdam, Kann film festivallarında FIPRESCI (Beynəlxalq Kino Mətbuat Federasiyası) münsiflər heyətində yer alıb.Festivalın əhəmiyyətinə görə ikinci proqramı olan “Üfüqlər”də adətən eksperimental və avanqard filmlər nümayiş olunur. Bu proqram məşhur İran resjissoru Mohsün Malmalbafın “Prezident” filmi ilə açılacaq.“Üfüqlər” proqramında müxtəlif illərdə Spayk Li, Stiv Frirz, Terri Gilliam, Frederik Fonteyn, Tsay Minlyan kimi tanınmış rejissorların lentləri nümayiş olunub.

Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunan “Nabat” Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandırır. Filmin ssenari müəllifləri Elçin Musaoğlu, Elxan Nəbiyev, operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. Rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları ifa edir. (kanal S)

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol