• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR
01.07.2020 09:57
"17 günə yaxın bir müddətdir ki, Bəhram Bağırzadənin müalicəsi ECMO cihazına bağlı olaraq davam etdirilirdi. Ötən gün axşam Əməkdar artistin ECMO cihazından ayrılmasına qərar verilib”.

Bunu Anews.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib. 

O bildirib ki, ECMO cihazından ayrılmasına səbəb həm vəziyyətində müşahidə edilən müsbət dəyişiklik, həm də cihazın istifadə müddətinin 2-3 həftə olmasıdır:
"ECMO cihazı müddətdən artıq istifadə edildikdə müəyyən fəsadların əmələ gəlməsinə şərait yarana bilər. Kolleqalarla ümumi müzakirə zamanı bütün bu ehtimallar nəzərə alınaraq, bu qərar verildi.

Son bir həftə ərzində ağciyərlərin rentgen görüntüləri müsbət olub. Bəhram Bağırzadə hələlik dərman preparatları vasitəsilə koma vəziyyətində saxlanılır. Onun komadan oyandırılması üçün hələ çox tezdir. 

Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alınır. Növbəti dörd gün ərzində ağciyər bədənin bütün orqanlarına kifayət qədər oksigen ötürə bilərsə, komadan oyandırılması ilə bağlı fikirlər müzakirə edilə bilər.

Biz ümid edirik ki, hər şey düşündüyümüz ardıcıllıqla getsə, qısa zamanda Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmasına qərar verilər. İntensiv müalicə tədbirləri davam etdirilir.

Bu gün əldə etdiyimiz nəticələr bu günə qədər mərhələli şəkildə tətbiq edilən müalicə prosedurlarının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Artıq orqanizmdə gedən dəyişiklikləri və ağciyərin bundan sonrakı fəaliyyəti özünü zamanla göstərəcək. Müalicə metodları da buna uyğun şəkildə tənzimlənəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol