• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya yazıçıları nə qədər qazanırlar?

Britaniya yazıçıları nə qədər qazanırlar?
09.07.2014 22:06

Sən demə Britaniyada yazıçı və şairlər əhalinin ən az qazanan təbəqələrindənmiş.

Orta statistik peşəkar Britaniya yazıçısı bir ilə 11 000 funt-sterlinq (yəni aya təxminən 1000 manat) qazanır. Söhbət yalnız yazarlıqla məşğul olanlardan – “full time” yazarlardan gedir.

Dünyanın ən bahalı ölkələrindən olan Böyük Britaniyada bu, orta aylıq əmək haqqından təxminən 2 dəfə aşağı rəqəmdir.  

BBC-nin məlumatına görə, bu hesablamaları Britaniyadakı Yazarların Lisenziya və Gəlirləri Cəmiyyəti aparıb.

Bundan başqa məlum olub ki, “full time” yazarların sayı kəskin azalıb, yazarların ümumi sayındakı payı 2005-ci ildəki 40 faizdən 11,5 faizə enib.

Cəmiyyətin rəhbəri Owen Atkinson deyib ki, onların istəyilə Londondakı Kraliça Meri Universitetinin apardığı araşdırma orta statistik yazıçıların gəlirlərinin son 10 ildə azaldığını göstərir və bu, yaradıcı adamların gələcəyi baxımından narahatlıq doğurur.

Romançı Joanne Harris deyib ki, “yaxşı ki gec də olsa insanlar peşəkar yazıçıların əksəriyyətinin necə az pul qazandığını anlamağa başlayır”.

Amma ümidverici məqam odur ki, elektron kitabların satışı artmaqdadır və bu, orta statistik yazıçıların gəlir mənbələri siyahısında 3-cü yerə yüksəlib: kitab, eləcə də dərgi/qəzetlərdən sonra.

Self-publishing, yəni yazıçının öz əsərini özünün çap etməsi də populyarlaşır. Belə yazıçılar kitablarını nəşriyyata verib sonra da oturub gözləmirlər ki, naşir kitabı buraxıb satışı təşkil etsin, kitabı reklam etsin və bütün bunların xərcini çıxarandan sonra qazandığı puldan onlara da pay versin.

Qollarını çırmalayıb özləri işə girişirlər, yəni mətbəənin pulunu verib kitabını buraxdırır, sonra bütün tirajı götürüb satışı, reklamı ilə özləri məşğul olurlar, təbii ki, kitabın redaktəsi, üz qabığı və s. də onlarlıq olur.  

Yazıçıların təxminən 25 faizi öz əsərini bu yolla çap etdirir. Belə halda qoyduqları mayanı çıxarıb, 40 faizəcən gəlir əldə edirlər. Belə yazıçıların 86 faizi deyib ki, növbəti kitablarını da özləri buraxacaqlar.   

Şair Wendy Cope bildirir ki: "İnsanların yalnız bir neçə yazarın çoxlu pul qazanmasından xəbəri var. Halbuki yazıçıların böyük əksəriyyətinin vəziyyəti fərqlidir”.

Sorğuda 2500-ə qədər yazıçı iştirak edib. 

Azadliq.org

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol