• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı skripkaçı Yorkda konsert verib

Azərbaycanlı skripkaçı Yorkda konsert verib
11.03.2014 17:00
Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva və “Deko” ansamblının rəngarəng musiqisi martın 8-də Yorkda builki yaz partiya konfransında iştirak edən 200-dən artıq liberal demokratı heyrətləndirib.Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, Sabina Rakçeyeva Nyu Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu, AAC-ın incəsənət və mədəniyyət üzrə müşaviridir. İstedadlı musiqiçilər qarışıq musiqilər, tanqo və öz əsərlərini ifa ediblər.Tədbiri açıq elan edən AAC-nin direktoru Lionel Zetter bütün iştirakçıları salamlayaraq, həmin gecə keçirilən bir neçə tədbir arasından AAC-nin təşkil etdiyi caz ziyafətini seçdikləri üçün onlara təşəkkürünü bildirib. O, Beynəlxalq Qadınlar Günü olduğu üçün tamaşaçılara belə bir sual ünvanlayıb: “İlk olaraq hansı dövlət qadınlara səsvermə hüququ verib - Böyük Britaniya, ABŞ və ya Azərbaycan? Tamaşaçılar yekdilliklə Azərbaycan deyə cavab verib”. Ukraynadakı son hadisələrə toxunan cənab Zetterin sözlərinə görə, bu hadisələr sübut etdi ki, keçmiş sovet respublikaları Qərblə iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməlidir. Bundan sonra o, İngiltərə-Azərbaycan Cəmiyyətinin yeni təyin olunmuş sədri Lord Germanı təqdim edib. “Azərbaycanın fantastik mədəniyyəti var. Sabina və “Deko” ansamblı çox gözəl musiqi ifa etdilər”, - deyə o, söyləyib.Tədbir Azərbaycanla Böyük Britaniya arasında yaxın əlaqələr barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub. Bu il Trans-Adriatik boru kəmərinin tikintisinə yardımla bağlı razılaşmaların tamamlanması ilə Azərbaycanın Avropa Birliyi üçün əhəmiyyəti daha da artıb. 2018-ci ildə tamamlanması planlaşdırılan kəmər Azərbaycan qazını Türkiyənin Avropa sərhədindən İtaliyaya çatdıracaq, bununla da AB-nin enerji təhlükəsizliyini təmin edəcək və təchizatın diversifikasiyasına imkan verəcək. Kəmər Cənub Enerji Dəhlizi layihəsində mühüm rol oynayacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol