• $
  • €
  • ₽
  • ₺
  • £

Əkrəm Əylisli Nobel mükafatına namizəd göstərildi

Əkrəm Əylisli Nobel mükafatına namizəd göstərildi
11.03.2014 16:43
Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. APA-nın xəbərinə görə, Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.  Müraciət aşağıdakı şəxslər imzalayıb: Sergey Abaşin (Sergey Abashin) – antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti; Andrey Bitov (Andrei Bitov) – Rusiya PEN-klubunun prezidenti, İrəvan Dövlət Universitetinin fəxri professoru; Kreyq Kalhun (Craig Calhoun) – sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru; Georgi Derluqyan (Georgi Derluguian) – sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu Dabi Nyu-York Universiteti; Aleksandr Dobroxotov (Alexander Dobrokhotov) – fəlsəfə doktoru, Moskva Ali İqtisadiyyat Məktəbi; Həsən Hüseynov (Gasan Guseinov) – klassik filologiya və fəlsəfə doktoru, Moskva Dövlət Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi, Bazel (İsveçrə) Universiteti; Kevan Harris (Kevan Harris) – ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı; Ruslan Xestanov (Rouslan Khestanov) – fəlsəfə və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları İnstitutunun direktoru, Moskva Ali İqtisadiyyat Məktəbi; Mixail Mayatski (Michail Maiatsky) – kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi, İsveçrə Friburq Universiteti;  Vladimir Malaxov (Vladimir Malakhov) – sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidenti; Nikolay Plotnikov (Nikolaj Plotnikov) – fəlsəfə professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi elmi mərkəzi, Bohum Rur Universiteti; Teodor Şanin (Teodor Shanin) – Mançester Universitetinin sosiologiya professoru; İmmanuel Vallerstayn (Immanuel Wallerstein) – Yelk Universitetinin sosiologiya professoru; Qeyd edək ki, müraciəti imzalayan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.  Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli “Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli “Azərbaycanın xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol