• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya şöhrətli Kitaro Bakıda

Dünya şöhrətli Kitaro Bakıda
08.03.2014 09:45
Yaponiyanın dünya şöhrətli bəstəkar və musiqiçisi, “Qremmi”, “Qızıl qlobus” mükafatları laureatı Kitaro martın 7-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.APA-nın məlumatına görə, “Nyu eyc” (“New age”) janrının canlı əfsanəsi azərbaycanlı tamaşaçılara əsrarəngiz musiqisi ilə möhtəşəm bir gecə yaşadıb.  Məşhur bəstəkar-ifaçı konsertdə milyonların qəlbini fəth etmiş hitlərini - “Silk Road”, “Caravansary”, “Mercury”,  “Koi”, “Matsuri” və digər kompozisiyalarını ifa edib. Kitaronu öz musiqi qrupu ilə yanaşı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Bir saatdan artıq davam edən konsert tamaşaçıların Kitaronu ayaqüstə alqışlaması ilə başa çatıb. Sonda izləyicilərinə bir daha təşəkkürünü bildirən Kitaro 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə xanım tamaşaçıları təbrik edib. Kitaro konsertdən sonra jurnalistlərə müsahibəsində bildirib ki, o, 30 il əvvəl Bakıda olub və ötən müddət ərzində şəhər çox dəyişib. O, Bakıya səfərindən məmnun qaldığını qeyd edib. İfaçı Heydər Əliyev Mərkəzindəki zalın dünyanın ən gözəl konsert zallarından biri olduğunu da vurğulayıb.  “Ötən gün binanı böyük təəccüblə qarşıladım. Bura möhtəşəmdir və bu gün binanın interyerində də bu möhtəşəmliyin şahidi oldum”, deyə musiqiçi bildirib. Qeyd edək ki, Kitaro kimi tanınan 61 yaşlı unikal musiqiçinin əsl adı Masanori Takahaşidir. O, musiqi təhsili almayıb və not bilmir. Əsərlərini özüməxsus üsulla yaradır. Kitaro klavişli alətlər, həmçinin gitara, fleyta, baraban və s. ifa edir. Rejissor və fotoqraf kimi də tanınır. O, eyni zamanda özünün bir sıra konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısı olub. 1993-cü ildə "Səma və torpaq" kinofilminə bəstələdiyi musiqiyə görə "Qızıl qlobus" mükafatı alan Kitaro, dəfələrlə "Qremmi"yə nominant olub. 2001-ci ildə isə bəstəkarın "Səni düşünürəm" ("Thinking of you") albomu "Qremmi" mükafatına layiq görülüb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol