• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan filmləri beynəlxalq kinofestivala gedir

Azərbaycan filmləri beynəlxalq kinofestivala gedir
29.05.2020 11:01
2014-cü il yanvarın 10-dan 18-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək beynəlxalq kinofestivalda Azərbaycanın iki filmi iştirak edəcək.

Rejissor Şamil Əliyev AzərTAc-a bildirib ki, festivalda Azərbaycanı “Çölçü” filmi (rejissor – Şamil Əliyev) və rejissor Fariz Əhmədovun “Əriyən ada” filmi təmsil edəcək.

“Çölçü” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmişdir. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyevdir.

Rollarda Bəhrus Vaqifoğlu (gənc çölçü), Vidadi Həsənov (yaşlı çölçü) Cavidan Məmmədli (balaça çölçü), habelə Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkiliblər.

Filmin süjeti belədir: gənc çölçü şəhərlərdən uzaqda yaşayır, təbiətlə sıx ünsiyyətdə olur. Atası (Ulu) ona çöl həyatının bütün sirlərini öyrədir. Atasının ölümündən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifədir, böyük, tamamilə qeyri-məlum bir həyata atılan addımdır...“Əriyən ada” filmi də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Filmin süjeti belədir: “Orada zaman dayanmışdır. Qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edilir. Bu yerin sakinləri müasir rahat həyatdan xəbərdardırlar, öz həyat tərzlərini istənilən vaxt dəyişə bilərlər, amma bu yeri sevirlər. Onların gəncliyi, xatirələri bura ilə bağlıdır. Onlar bilərəkdən öz həyatlarını əriyən ada ilə birlikdə əridirlər.

Filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimovdur.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol