• $
  • €
  • ₽
  • ₺
  • £

“ÇƏTİN”lə geri dönüş edən gənc istedadın çətin həyat hekayəsi

“ÇƏTİN”lə geri dönüş edən gənc istedadın çətin həyat hekayəsi
11.05.2026 20:29

Azərbaycanlı reper Aintnolie uzun müddət davam edən səssizliyini “Çətin” treki ilə pozdu. Bu qayıdış sadəcə yeni bir mahnının yayımlanması deyil, daxili savaşın səsidir. Gəlin, bu hekayəyə jurnalist Fehruz Rzanın dilindən birlikdə baxaq.

Treklə yanaşı yayımlanan klip də qısa müddətdə diqqət çəkib və uğurlu vizual həll kimi qiymətləndirilir. Klipin rejissoru Müseyib Qasımovdur.  

Xəbər saytlarında işlədiyim dövrlərdən bilirəm ki, xəbər yalnız — faktı, nəticəni göstərir. Bir trek yayımlandı — vəssalam.

Halbuki hər yayımlanan səsin arxasında bir yol var. “Çətin” də sadəcə bir mahnı deyil. Bu, Aintnolie-nin keçdiyi çətin həyat yolunun bir nöqtəsidir.

Həmin yolun özünə baxmaq vaxtıdır. Gəlin, birlikdə baxaq. 

Hər birimizin uşaqlıqda qəhrəman olduğuna inandığı insanlar var.
Zaman keçdikcə isə anlayırsan — bu, təkcə insanlara aid deyil. Bu, ada, yaddaşa, anatəbiətə, keçmişə bağlıdır.

İnsan bəzən özü olmur. Daşıdığı ad olur. Və sual dəyişmir: o yükü daşıya biləcəksənmi?

Bu sualların cavabı çox vaxt yoxdur. Elə buna görə bəzi həyat yolları ritorik suallar kimi qalır. Mövzum da belə bir yoldur — Aintnolie. Yəni bir çox insanın daxilində yer edən Eynulla. O, adını şair olan böyük əmisindən götürüb. Sanki dünyaya gələndə ədəbiyyat bir nəfəs də artıb. Ədəbiyyatçı dostum Mirzəlizadənin sevdiyim bir cümləsi var — “Bəzən gələcək əvvəlcədən özünü hiss etdirir”.

Repə gəlişi isə təsadüfi deyil. “İgid oğul dayıya oxşayar” — bu maraq dayısı vasitəsilə başlayıb. CD disklərdən gələn səs, yavaş-yavaş həyatına çevrilib.

2018 — sistemləşmə. Label. 2020 — pik nöqtə. “140 Vibes”a rəhbərlik və “Təlxək” treki. Burada bir şey var idi: oyunbazlıqla gizlənmiş aqressiya. Nadinc görünən, amma içində “əjdaha” daşıyan biri. 2021 — “debüt” albomu. Feat-lər, müsahibələr, tanınma. 

Onun musiqi yaddaşı da qarışıqdır:
“Xpert”, “ZiqZaq”, “Allame”, “Kamufle”, “Sagopa Kajmer”, “Хаски”, “Грибы”.

Yəni o, tək bir səhnənin yox, müxtəlif səslərin məhsuludur. Amma hər hekayədə boşluq olur. 

Onun hekayəsində bu — “Həyat Gruz”dur. Tamamlanmadı. Yoxa çıxdı.

Mənə görə “Gruz” təsadüfi söz deyil. Sovet-Əfqanıstan müharibəsi zamanı “Gruz 200” deyilən tabutlar vardı. Gəlirdilər, amma, taleləri çox vaxt bilinmirdi.

Düşünürəm “Həyat Gruz” da elədir. Var idi, amma, yoxa çıxdı. Burada Toğruldan (müəllim) sitat gətirəcəm: “Bəzən qazanılan təcrübə insanı böyütmür. Sadəcə içində saxlayır və axsadır”.

Sonra səssizlik gəldi. Uzun və ağır.

Amma bu səssizlik tək onun başına gəlmirdi. 2026-da rep ümumiyyətlə dəyişir. Bir tərəfdə Kanye West yeni Bully albomu ilə fərqli istiqamətə gedir. Qeyd edim ki, Növbahar sayəsində tanış olmuşdum o albomla — ümumiyyətlə, Kanye West yaradıcılığı ilə.
Digər tərəfdə J. Cole və Future kimi adlar yeni işlərlə gündəmdədir .
Yeni layihələr, yeni səslər, ard-arda çıxan treklər — rep yenidən nəfəs alır .

Bu, təsadüf deyil. Bu, dövrün dəyişməsidir. Və bu dəyişmənin içində 2025-də bir qığılcım, 2026-da isə partlayış baş verdi.

Qürbətdə olan Aintnolie “Çətin” treki ilə geri döndü. Bu trek sadəcə mahnı deyil. Məncə, bu daxili müharibənin səsidir. Dünya repində hamı danışır.
Amma o içindən danışır.

Son olaraq onu deyə bilərəm ki, bu qayıdış cavab deyil. Bu, sualın özüdür.

SUALLAR, SUALLAR, SUALLAR…

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol