• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qeyri-adi layihə

Bakıda qeyri-adi layihə
12.02.2015 20:18
Fevralın 18-də Nizami kino mərkəzində "Dünya sübhdən günbatanadək” beynəlxalq kino layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmin təqdimatı keçiriləcək. Bu barədə Kulis.az-a layihənin təşkilatçıları xəbər verib.
 
"Dünya sübhdən günbatanadək" Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.
 
21 avqust – 7 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində keçirilən "Bakı sübhdən günbatanadək” layihəsi çərçivəsində çəkilən qısa filmlərin arasında Ələkbər Əliyevin "17-ci mərtəbə”, Röyal Əliyevin "Balıqçı”, Mənzər Hüseynovanın "Xor”, Elvin Aşirovun "Müəzzin”, Murad Muradovun "Samovar”, Gülər Abbasovanın "Sovetskinin köhnə küçələri”, Səidə İsmayılovanın "Toy”, Elvin Aşirov, Murad Muradov, İmam Həsənovun "İbadət”, Eldar Albertsson "Ofisdə fasilə”, Eldar Albertssonun "Xalçalar”, Elnur Cəbrayılovun "Neft”, "Yarım-timsah”,  Günel Qədirovanın "Neft işçiləri küçəsi”, "Heydər Əliyev Mərkəzi”,  Məryəm Nəcəfzadənin "Attraksion”, "Çildağ”,  Ramil Ələkbərovun "Pinəçi”, Fariz Əhmədovun "Zoopark” filmləri var.
 
Təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar.
 
Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşları Mədəniyyət və Turizm Nazirliyi və Azanfilm studiyasıdır.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol