• $
  • €
  • ₽
  • ₺
  • £

"Kölgənin o tərəfində" multimedial operasının təqdimatı

"Kölgənin o tərəfində" multimedial operasının təqdimatı
24.04.2015 16:23
Gənc Tamaşaçılar Teatrında Vladimir Tarnopolskinin "Kölgənin o tərəfində" ("Jenseits der Schatten", 2006) multimedial operası nümayiş olunub. 

"Report" xəbər verir ki, opera əsəri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində nümayiş olunub.  

Rusiyanın "Yeni Musiqi Studiyası Ansamblı"nın təqdim etdiyi tamaşanın dirijorları İqor Dronov və Fuad İbrahimov olub. 

Opera 2006-cı ildə Betxoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb. Əsərin ssenarisi bəstəkar Vladimir Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun "Mağara haqqında əfsanə" və Pliniusun "Təsviri incəsənətin yaranışı" haqqındakı əfsanəsinə əsaslanır.

Platon bizim yaşadığımız dünyanı mağara kimi, bütün insanları isə bu mağaranın məhbusları kimi təsvir edir. Məhbuslar yalnız mağaranın divarında həqiqi dünyadan gələn işığın əks etdirdiyi əsrarəngiz kölgələri görürlər. Bu kölgələri məhbuslar həqiqi dünya kimi qəbul edirlər. Öz əfsanəsi ilə Platon bizə görünənlər və həqiqi dünya arasında mövcud uçurumu ifadə edir.

Pliniusun təsvir etdiyi başqa əfsanəyə görə kölgə təsviri incəsənətin proobrazı kimi çıxış edir. Bir qız müharibəyə yollanan sevgilisinin kölgəsinin ətrafını cızmaqla təsadüfən rəsm yaradır. Beləcə təsviri incəsənət yaranır.

Operanın dramaturgiyası iki xəttin paralel inkişafında qurulub. Birincisi üç sənət alleqoriyası (qadın triosu) ilə təmsil olunur. İkinci xətt mağaranın məhbuslarıdır (kişi triosu), onların proobrazları kimi Rodinin Kölgələr heykəlinin (Cəhənnəm qapıları) fraqmenti çıxış edir.

Qara Qarayev VI Müasir Musiqi Festivalı aprelin 24-də başa çatacaq. Festivalın bağlanışı Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol