• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr Masallıda

Musiqili Teatr Masallıda
07.05.2015 20:43


Azərbaycan Dövlət Musiqili Teatrınnın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın kollektivi 9 may 2015-ci il tarixində Masallı rayonunda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirdə bayram konserti ilə çıxış edəcək.

 

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu tədbirə dəvət olunmaqlarından məmnun qaldığını söyləyib. "Bu günlərdə ölkənin hər yerində Ümummilli Lider Heydər Əliyevin anadan olduğu günə həsr edilmiş tədbirlər keçirilir. Belə möhtəşəm tədbirlərdən biri də Masallı rayonunda təşkil olunub. Masallı rayon rəhbərliyinin və Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin dəvətilə bizim teatrın kollektivi də bu tədbirdə çıxış edəcək. İnanıram ki, Əməkdar artist Səidə Şərifəliyeva, Gülnarə Əzizova, Əlif Cahangirov, Leyla Məmmədova öz çıxışları ilə bu bayram konsertinə xüsusi rəng qatacaqlar. Ümumiyyətlə, Musiqili Teatrla Masallı rayon Mədəniyyət və Turizm Şöbəsi arasında çox böyük əməkdaşlıq əlaqələri mövcuddur. Biz bir neçə dəfə maraqlı tamaşalarla Masallı rayonunda çıxış etmişik. Bildiyiniz kimi Mədəniyyət və Turizm Nazirliyi bu il "Bölgələrdən paytaxta” adlı layihə həyata keçirir. Bir neçə ay bundan öncə həmin layihə əsasında təşkil olunan ilk tədbir - Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbiri Musiqili Teatrda baş tutdu. İndi isə biz Masallıda olacağıq. Düşünürəm ki, bizim də səfərimiz uğurlu olacaq və bundan sonra da Masallı rayonu ilə əməkdaşlığımız yüksək səviyyədə davam edəcək” – deyə Əliqismət Lalayev bildirib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol