• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur aktrisa: “Daha ulduz-filan yoxdur”

Məşhur aktrisa: “Daha ulduz-filan yoxdur”
15.05.2015 12:43
"Daha ulduz-filan yoxdur”. Bunu məşhur fransız aktrisası Catherine Deneuve deyir:

"Sosial şəbəkələr insanların ulduzları xəyal etməsinə imkan vermir. Onların şəxsi həyatı ilə bağlı məlumatlar daim sosial şəbəkələrdədir. Hətta bəziləri şəxsi fotolarını özləri yayırlar. Bunu xoşagələn hal saymıram. Ulduz olmağa sirr və gizlilik xasdır. İndiki zəmanədə nəyisə sirr kimi saxlamaq çox çətindir”.

OxuZalı "Guardian"a istinadla xəbər verir ki, aktrisa bunları mayın 13-də başlanan Cannes festivalında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun hakim rolunda çəkildiyi "Başını dik tutuaraq" filmi festivalın açılış günündə göstərilib. Filmdə o, Melony adlı problemli yeniyetmənin işinə baxır.

Deneuve-ün sözlərinə görə,rola hazırlaşmaq üçün tribunal və məhkəmələrdə xeyli vaxt keçirməli olub. Hakimlərin yeniyetmələrin işinə necə baxmasını izləyib:

"Onlar doğrudan da bu uşaqları dinləyirlər. Bu proseslər mən düşündüyüm qədər qəddar deyil... O uşaqlar çox danışmırlar. Onlar özlərinə qapalıdırlar. Yaxşı bilirlər ki, uçurumun kənarındadırlar. Onlara kömək etmək istəyən çox adam var, amma bir nəfər hamını xilas edə bilməz”. /Oxu Zali

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol