Kürdlərin təmsilçisi: "Suriya Milli Qüvvələri Afrindədir"

17:00 | 21.02.2018
Kürdlərin təmsilçisi:

Kürdlərin təmsilçisi: "Suriya Milli Qüvvələri Afrindədir"

"Suriya Milli Qüvvələrinin karvanı sağ-salamat Afrinə daxil olub".

APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə açıqlamasında yerli kürd "özünümüdafiə qüvvələri"nin nümayəndəsi Reyzan Xedu deyib.

R. Xedu Türkiyə artilleriyasının zərbələrindən sonra Suriya qüvvələrinin geri çəkilməsi barədə Türkiyə tərəfinin açıqlamalarını təkzib edib. O, qüvvələrin artıq Afrində olduğunu bildirib. R. Xedu qeyd edib ki, kürdlər mütəmadi olaraq Suriya ordusu, Dəməşq və Afrindəki rəhbərliklə təmasdadır.

Qeyd edək ki, Suriya Milli Qüvvələri Bəşər Əsədi dəstəkləyən könüllülərdən ibarət silahlı birləşmədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb