Lavrov "Tvitter"də biabır oldu - FOTOLAR

13:52 | 03.09.2014
Lavrov "Tvitter"də biabır oldu - FOTOLAR

Lavrov "Tvitter"də biabır oldu - FOTOLAR

Rusiya Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində nazir Sergey Lavrovun adından yazılan məlumatda onun avstraliyalı xanım həmkarı Culia Bişopun cinsi yanlış göstərilib və bu olay diplomatlar arasında gülüşə səbəb olub.

Axar.az-ın xəbərinə görə, nazirliyin səhifəsində Bişop qadın yox, kişi kimi göstərilib. Qeyd edək ki, həmin xəbərin ingilis variantında göstərilən, “The Australian FM’s idea not to invite Russia to the G20 summit is not surprising but he should not lose sight of its principles” cümləsi belə tərcümə olunur:“Avstraliyalı nazirin Rusiyanın G20-yə çağırılmamasının vacibliyi ilə bağlı fikirləri bizi təəccübləndirmir, lakin o (məhz bu ifadədə ingiliscədə Bişop kişi cinsi kimi göstərilib – red.) “iyirmiliyin” prinsiplərini əsla unutmamalıdır”.Xatırladaq ki, bu tvitə əksər tanınmış diplomatlar, o cümlədən İsveçin Xarici İşlər naziri Karl Bildt də reaksiya verib. Bildt rusiyalı həmkarına gülüşlə müraciət edərək, Bişopun cinsinə diqqət yetirməyi məsləhət görüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM