Lavrovdan: ABŞ Rusiyaya nüvə bombası atacaq

16:28 | 28.02.2018
Lavrovdan: ABŞ Rusiyaya nüvə bombası atacaq

Lavrovdan: ABŞ Rusiyaya nüvə bombası atacaq

Avropa ölkələrinin nüvə silahsızlanmasına maneə yaradan əsas səbəb onlarda Amerikanın nüvə silahlarının olmasıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

"Rusiya genişləndirilmiş taktiki nüvə silahına sahib deyil, onun tətbiqi üçün heç bir iş görmür. Bizdə olan döyüş sursatlarının hamısı öz ərazimizdə olan mərkəzi bazalarda yerləşdirilib. Nüvə başlıqlarının NATO-ya üzv qeyri-nüvə ölkələri tərəfindən tətbiq edilməsi haqqında planlaşdırma nüvə silahlarının yayılmaması haqqında razılaşmanın pozulmasıdır. Hər kəsə aydın olmalıdır ki, ABŞ Avropa ölkələrinin hərbi qüvvələrini Rusiyaya qarşı taktiki nüvə silahının tətbiqinə hazırlayır”, – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM