Lənkəranski sağdır ? - DİN-dən açıqlama

16:05 | 03.05.2018
Lənkəranski sağdır ? - DİN-dən açıqlama

Lənkəranski sağdır ? - DİN-dən açıqlama

Məşhur kriminal avtoritet, Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski haqqında şok iddia yayılıb.

Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər "A24.az”a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.

Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:

"Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.

İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: "Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.

"Faktor.az” məsələ ilə bağlı DİN-in mətbuat orqanı ilə əlaqə saxlayıb. İddiaya cavab olaraq, DİN əməkdaşı "bu məsələ ilə bağlı sonra danışarıq”, cavabını verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM