Levandovskinin əvəzinə Burak Yılmaz

20:26 | 08.01.2014
Levandovskinin əvəzinə Burak Yılmaz

Levandovskinin əvəzinə Burak Yılmaz

"Borussiya" mövsümün sonunda klubdan ayrılacaq futbolçusu Robert Levandovskinin əvəzləyicisini tapıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu, "Qalatasaray"ın hücumçusu Burak Yılmazdır. 

Türk oyunçunun Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Kloppun komandaya gətirmək istədiyi əsas futbolçulardan biri olduğu bildirilir.

Qeyd edək ki, B.Yılmazla "Arsenal" və "Çelsi"nin də maraqlandığı iddia edilir.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM