Liviyada aviabazaya hücum - 141 nəfər həlak oldu

10:28 | 20.05.2017
Liviyada aviabazaya hücum - 141 nəfər həlak oldu

Liviyada aviabazaya hücum - 141 nəfər həlak oldu

Liviyanın cənubunda aviabazaya hücum zamanı 141 nəfər həlak olub.

Anews.az xəbər verir ki, bu barədə "France Presse" Halif Haftarın komandanlıq etdiyi Liviyanın Milli Ordusunun nümayəndəsi Əhməd Əl-Məsmariyə istinadən xəbər verib.

"Əsgərlər hərbi paraddan qayıdırdılar. Onlar silahsız idilər. Əsgərlərin əksəriyyəti həlak oldu", – deyə Əl-Məsmari bildirib.

Onun sözlərinə görə, həlak olanlar arasında aviabazada işləyən və ya onun yaxınlığında yaşayan dinc sakinlər də var. Hücumun hansı hərbi qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. (Report)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb