Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb

21:04 | 07.10.2016
Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb

Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb

"2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4 faiz bahalaşıb”.
 
ANN.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunub. Bildirilib ki, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq, 2,1 və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz bahalaşıb. Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM