"İki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var"

18:49 | 13.05.2016

"İki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var"

"Azərbaycan və İran arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var. Biz çalışırıq ki, o qüvvələrə mane olaq”.

"Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları idarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranın İslami əlaqələr və Mədəniyyət təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.

O bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir: "Bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri bunu bir daha sübuta yetirdi. Bu, qardaşlığın və dostluğun göstəricisidir”.

Abuzər İbrahimi Türkman Azərbaycanla İran arasında olan əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: "Mən səfərdə olarkən Azərbaycanda bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycan və İran arasındakı münasibətlərə mane olmaq istəyən qüvvələr istəsə də buna nail ola bilməzlər”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM