Ölkəmizə ən çox bu ölkə sərmayə qoyur

11:26 | 01.02.2018
Ölkəmizə ən çox bu ölkə sərmayə qoyur

Ölkəmizə ən çox bu ölkə sərmayə qoyur

Ötən il ərzində ölkə iqtisadiyyatına qoyulmuş 14,6 milyard dollar sərmayənin təxminən 50 faizi xarici investisiyaların payına düşür.

Anews.az Vergiler.az-a istinadən xəbər verir ki, 2017-ci ildə ölkədə qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.

Son 13 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı isə 7 mini ötüb. Bu şirkətlərin ən çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektoru olub.

Xarici şirkətlər arasında üstünlüyü Türkiyəyə məxsus şirkətlər təşkil edir - 32,1 faiz.

Digər yerləri isə Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələr tutur. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınıb. Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb