Luis Enrique: "Oyunçularım maşın deyil"

15:41 | 25.09.2014
Luis Enrique: "Oyunçularım maşın deyil"

Luis Enrique: "Oyunçularım maşın deyil"

"Barselona"nın "Malaqa" ilə bərabərə qaldığı matçdan sonra katalon klubunun baş məşqçisi Luis Enrique önəmli açıqlamalar verib. ANN.Az goal.com-a istinadən xəbər verir ki, 44 yaşlı məşqçi qələbə qazana bilməmələrinə səbəb kimi Messini topla təmin edə bilməmələrini göstərib: "Messini dövrəyə sala bilmədik. Onu daha çox topla təmin etsəydik, əminəm daha təhlükəli ola bilərdik. Demək olar ki, üç gündən bir məşq edirik. Oyunçularım maşın deyil". Qeyd edək ki, "Barca" həftə sonu "Elçe"ni qonaq edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM