Luis Suares üzr istədi

14:11 | 01.07.2014
Luis Suares üzr istədi

Luis Suares üzr istədi

Uruqvay millisinin hücumçusu Luis Suares DÇ-2014-də İtaliya ilə matçda rəqibin futbolçusu Corcio Kyellinini dişlədiyi üçün üzr istəyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ağır cəzalandırıldıqdan sonra ilk dəfə açıqlama verən L.Suares bir daha belə hərəkət etməyəcəyini deyib:

"Əvvəlcə Kyellinidən, sonra isə hər kəsdən etdiyim hərəkətə görə üzr istəyirəm. Futbolçu karyeram ərzində bir daha belə hərəkət təkrarlanmayacaq".

Xatırladaq ki, Suares Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb